Toy gecəsi evdən 16 min oğurlandı - Göygöldə şok hadisə

toy-gecesi-evden-16-min-ogurlandi
Oxunma sayı: 4026

Göygöldə yaşayış evindən oğurluq edilib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində İlhanə Bağırovaya məxsus evdə qeydə alınıb. Ev sahibinin bildirdiyinə görə, oğlunun toy günü hamı saat 22-yə kimi şadlıq evində olub. Geri qayıdanda isə evin qapısının açıq olduğunu görüblər. Pəncərədən evə girən oğrular mənzildə olan sandığın içərisindən 1 milyon 200 min rus rublu (təxminən 16 000 dollar) və gəlin üçün alınan 200 manat dəyərində qızıl-zinət əşyaların aparıblar.

İ. Bağırova Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının evə gələrək oğruların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirdiklərini bildiriblər. Ev sahibəsi şübhələndikləri şəxslərin adlarının da polisə təqdim edildiyini deyib.