Futbolçuların formaları niyə tez cırılır?

futbolcularin-formalari-niye-tez-cirilir
Oxunma sayı: 1788

Fransada keçirilən Avropa çempionatında müzakirəyə səbəb olan mövzulardan biri İsveçrə millisinin cırılan formalarıdır.

Qafqazinfo” xəbər verir ki, iyunun 19-da baş tutan Fransa- İsveçrə oyunu zamanı İsveçrə millisinin oyunçuları Admir Mehmedi, Taulant Caka və Brel Embolonun formaları cırılıb.

Məlum olub ki, komandanın,eyni zamanda “Avro 2016”da geyinilən bütün formalar PUMA şirkəti tərəfindən Türkiyədə istehsal edilib.

Məsələyə aydınlıq gətirən şirkət rəsmiləri “Puma komandaları bütün məhsul və material ehtiyatlarımızın nəzarətdə olduğuna və təkrar belə bir hadisə baş verməyəcəyinə əmin ola bilər . Pumanın “Avro 2016”da istifadə edilən milli komanda formaları Türkiyədə istehsal olunub”,-deyə açıqlama verib. Yaşanan xoşagəlməz hadisəyə formaları istehsal edən  “Milteks” tekstil də aydınlıq gətirib. Firmanın idarə heyətinin sədri Kamal Bilgingüllüoğlu formaların nömrə çapı zamanı yüksək temperatura məruz qaldığını deyib. O, “Biz formaları boş istehsal edirik. Yəni ad, nömrə və reklam çapı Türkiyədə aparılmır”, -deyə bildirib.

Firma rəsmisi məsələ ilə bağlı araşdırma aparıldığını söyləyib. 


Aysel Kərimova