Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) “Mars Orbiter” adlı aparatının çəkdiyi fotoları yayımlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ISRO 2014-ci ildə Marsın orbitinə yerləşdirdiyi kosmik aparatın göndərdiyi fotolar görənləri heyran edir. Yayılan fotolarda Marsın kiçik peyki Fobos da görünüb.
ISRO peyki 5 noyabr 2013-cü ildə kosmosa buraxıb. Aparat 24 sentyabr 2014-cü ildə Qırmızı Planetin orbitinə yerləşdirilib.
Qeyd edək ki, “Mars Orbiter” layihəsinə bütövlükdə 73 milyon dollar xərcləyən Hindistan Marsa çatan üçüncü ölkə olub. Daha əvvəl NASA (Milli Aeronavtika və Kosmos İdarəsi-ABŞ) və ESA (Avropa Kosmik Agentliyi) buna nail olub.









Son xəbərlər
Son Xəbərlər