Türkiyənin Dəyanət Komitəsi yeni fətva verib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Qadınların qaşlarını almaqları haramdırmı?” sualına cavab olaraq bildirilib ki, məcburiyyət olmadığı halda qadınların qaşlarını, üzündəki tükləri aldırmağı günahdır.
“Lakin bu tüklər qadının psixologiyasını pozursa, o halda qaşları səliqəli vəziyyətə salmaq və üzdəki tükləri aldırmaq olar. İslam dinində zərurət olmadığı halda, insanın yarandığı kimi qalmağı məqbul sayılır”, - deyə fətvada qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər