Tatu vurdurmaq günahdırmı?- - Açıqlama

tatu-vurdurmaq-gunahdirmi-
Oxunma sayı: 27783


“Qafqazinfo”nun məlumatına görə, ilahiyyatçı Bəhruz Camal analitik.az-a deyir ki, Quran və hədislərdə tatunun halal və ya haram olması ilə bağlı heç bir məlumat yoxdur. Amma İslam dini ehtimal olunan zərəri belə dəf edəcək qədər diqqətli dindir: 

“Əgər bir şeydən zərər olacağı ehtimal olunursa, İslam dini buyurur ki, həmin məsələdən çəkinin. Tatunun da, döymələrin də törətdiyi problemlər var ki, dərialtı xərçəng, xoralar törədə bilər. Bunu təbabət də sübut edir. Bu baxımdan tatudan çəkinmək lazımdır. Quranın bir ayəsinə istinad edərək demək olar ki, özünüzü təhlükəyə atmayın. Bu da həmin təhlükələrdən sayıla bilər. Peyğəmbərdən belə bir hədis var ki, İslam dinində özünə və kiməsə zərər yetirmək yoxdur. Bu da özünə zərər vermək sayılır. Ona görə tatudan çəkinmək lazımdır. Nəinki tatu, zərərli digər şeyləri də haram hesab etmək mümkündür.”

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov isə deyir ki, İslam dininə görə bədənə tatu elətdirmək, şəkil vurdurmaq haram sayılır: 

“Bir ayədə Allah buyurur ki, şeytan onların cildini dəyişməyi əmr edəcək. Peyğəmbərdən də hədislər var ki, buyurub ki, bədəninə döymə vuranları Allah-təala lənətləyib. Bunun qadağan olduğunu peyğəmbərimiz öz hədislərində bildirib. Bu hədislər və Quran ayələri əsasında da İslam alimləri də bu məsələdə qərara alıblar ki, İslam dininə görə döymə haram sayılır. Bəyənilməyən bir əməldir. Konkret döymənin adı çəkilən Quran ayəsi olmasa da, insanın bədəninin dəyişdirilməsi ilə bağlı ayə var. Bunu Quranı təfsir edən alimlər tatuya da aid ediblər. Ona görə də haram sayılır.”