“Zırpaket” əlini dağıtdı

zirpaket-elini-dagitdi
Oxunma sayı: 7165

Mingəçevir şəhərində azyaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb, xəsarət alıb.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsindəki 89/11 ünvanda yerləşən mənzildə qeydə alınıb. Ailənin azyaşlı övladı, 2010-cu il təvəllüdlü Haqverdiyev Elgün Elsevər oğlu əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıq edib və onun partlaması nəticəsində uşağın əli yanıb.

O, təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.