Bakıda ziyan vurulan məşhur binanın son halı - Foto

bakida-ziyan-vurulan-meshur-binanin-son-hali
Oxunma sayı: 1475

Xəbər verdiyimiz kimi, aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

“Qafqazinfo”nun məlumatına görə, görülən tədbirlərin nəticəsində qısa müddətdə həmin barbarlıq aktının nəticələri aradan qaldırılıb.

“Artıq binanın fasadının ilkin görünüşü bərpa olunub.

Bir daha xatırladırıq ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Abidələrin qorunması isə həm mənəvi borcumuz, həm də Azərbaycan Respublikasının qanunvericiliyinin  tələbidir”, - deyə Mədəniyyət Nazirliyindən bildirilib.