“Qafqazinfo”nun məlumatına görə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycana qələbə sevinci yaşadan “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi, eyni zamanda bu mötəbər yarışmanın aparıcısı olmuş Eldar Qasımovun ilk klipinin təqdimatı idi. Müğənninin "I am free" (Mən azadam) klipinin çəkilişləri iyunun sonlarında Ukraynanın paytaxtı Kiyev şəhərində məşhur “Euomedia Group” şirkətinin komandası tərəfindən lentə həyata keçirilib.
Klipin ərsəyə gəlməsi üçün 200-dən artıq heyət bir yerdə işləyib. Bu ekran əsərinin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru isə Dmitriy Peretrutovdur.
Klipin çəkilişlərində Eldar Qasımovla yanaşı, Ukraynanın tanınmış “Vabank” şou-balet qrupu üzvləri də iştirak edib.
Təqdimat mərasimində çıxış edən E.Qasımov solo ifaçı kimi imza atdığı ilk layihənin Azərbaycanda və onun hüdudlarından kənarda da tamaşaçıların rəğbətini qazanacağına ümidvar olduğunu deyib. Belə ki, müğənni klipin Rusiya, Yunanıstan və Polşada yayımlanacağını söyləyib.
E.Qasımovun özünəməxsus tərzdə ifa etdiyi “I`m free” mahnısının klipində özünü qəflətən keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portretini, yaradıcılıq və həyat tərzini canlandırır.
Aynur Can
Son xəbərlər
Son Xəbərlər