“Gecə Veneranın heykəli ilə cinsi əlaqəyə girməyə gedirdilər”

-gece-veneranin-heykeli-ile-cinsi-elaqeye-girmeye-gedirdiler
Oxunma sayı: 6213


Professor Vladimir Antonov Sankt-Peterburqun Elektrotexniki Universitetində kulturologiya üzrə mühazirələrinin birini seks mədəniyyətinin dünyanın inkişafına necə təsir göstərməsinə həsr etmişdi. O, qədim sivilizasiyaların və antik qravürlərin misalları üzərində izah etməyə çalışırdı ki, əslində seks əməyin inkişafına, mədəniyyətlərin, rəssamlığın, heykəltaraşlığın, musiqinin yaranmasına təkan vermişdi. Onun fikrincə, insanlar başqalarının xoşuna gəlmək, başqaları tərəfindən təqdir olunmaq üçün çox əmək sərf edirdilər. Qədimlərdə ən gözəl qənimətlərə və ən gözəl qadınlara malik olmaq uğrunda nə qədər müharibələrdə nə qədər qəhrəmanlıqlar göstərilmişdi. "Mənə elə gəlir ki, seksin, intim əlaqələrin günah olduğu barədə əfsanələri bu zövqlərdən məhrum olmuş adamlar uydurmuşdular. Bəlkə də günah nəzəriyyələrinin baniləri müqəddəslik, möminlik zirvəsinə ucalmış xədim kişilər idilər. Necə ola bilərdi ki, canlıların yaranmasının və artmasının təbii üsulu kimi düşünülmüş cinsəl əlaqələr günah sayılsın? Əgər bu günahdırsa, onda uca yaradan zəhmət çəkib canlıların artmasının başqa metodunu fikirləşərdi" - deyən kulturoloq hesab edirdi ki, canlıların cinsi münasibətlərinin dünyadakı heç bir şeydə olmayan dərəcədə həzz və zövqlə baş tutması, günah anının absolyutlaşmasından başqa bir şey deyildir...Bu mühazirəni dinləyəndən sonra böyük tərəddüdlər içərisində idim. Professorun dediklərində həqiqət payının nə qədər olduğunu araşdırmağa ciddi ehtiyacım vardı. Ana tərəfdən aşılanan pravoslavlıq, ata tərəfindən aşılanan İslam bizi mütləq olana inanmağa, "İncil"lə "Quran"ın öyrətdiklərinə sayğı ilə yanaşmağa sövq edirdi. Biz nikahdankənar seksin günah sayıldığına, bir sıra dinlərə görə isə artım məqsədilə olmayan cinsi yaxınlığın qadağan edilməsinə bir don geyindirməyə çalışırdıq. Axtarışlar bu sətirlərin müəllifini bir də Linn Lonerin "Kurtizanların həyatlarından fraqmentlər"inə aparıb çıxardı. Burada da qədim Yunan və Roma, Çin və Hind, Yapon, Misir, Persia mədəniyyətlərinin əsasında seksin dayandığına dair izlər vardı. Heykəltaraşlıq, rəssamlıq nümunələri insan və heyvanların intim yerlərinin açıq göstərilməsi ilə sənətə dönüşdü. Qədim oxçuların qayaüstü təsvirləri və daşdan yonulmuş heykəlcikləri sənət nümunələri adlanmırdı. Amma intimi açıq-aşkar ortaya qoyan nümunələr sənət idi. O nümunələri antik müharibələr dönəmindən bu günə qədər ordular o şəhərdən bu şəhərə sürüyürdülər. Əslində onlar bu çılpaq kişi və qadınların rəsmlərinin, qravürlərinin, heykəllərinin sənət nümunələri olduğunu o qədər də dərk etmirdilər. Onlar döyüşçülərə öz şəhvət hisslərini öldürmək üçün lazım idi. Loner yazırdı: "Heykəl və təsvirlərə sevgi və hətta onlarla sevişmək yenidən yaradılış anlamına gələn(rəsm və heykəllər yaradılmışın yenidən yaradılmış forması kimi təsvir edilir- yəni, Allahın yaratdığını insan yenidən yaratmağa, təqlid etməyə cəhd göstərir) qədim fantaziyanın nəticəsidir. Corco Vazari "Tərcümeyi-hal" əsərinin qədim dövrün incəsənətindən bəhs edən hissəsində kişilərin necə tez-tez qanunu pozaraq gecələr məbədə Veneranın heykəli ilə cinsi əlaqəyə girməyə getdiyini yazır. Səhərlər məbədə gələn kahinlər kirlədilmiş mərmər fiqurları görürdülər".

Biz Kleopatranın sevişmələrindən, Napoleon Bonapartın bacısı Polinanın və arvadı Jojefinanın onlara baxanları ehtizaza gətirmək üçün necə sinələrini böyük göstərən korsetlər geyinmələrindən uzun-uzadı bəhs etməyəcəyik. Əlbəttə seksin böyük fəlsəfəsi var. Biz Yaponiyada seks mədəniyyətini öyrənərkən nə ilə qarşılaşırıq? Dünya elminə və müasir texnologiyaların inkişafına öz beyinləri ilə əvəzsiz töhfələr vermiş Yaponiyada dominantlıq təşkil edən sintoizmin seksual əlaqələri günah saymadığı və onu qadağan etmədiyi faktıyla. Yaponlar seksi nəzarətdə saxlamırlar və onlara görə sevişmək ayıb deyil. Hələ orta əsrlərdə yaponlar ümumi hamamlarda çimir, ictimai evlərdə sevişir, hər küncdə pornoqrafik qravüraları satırdılar. Elita çoxərlilik və çoxarvadlılığı təcrübədən keçirirdi. Sadə əhali əsasən nikahaqədərki əlaqələrin sayəsində artırdı.

Yaponlar üçün sevgi münasibətləri, açlq-saçıq rəsm və qravüralar heç vaxt "yüksək sənət" hesab olunmayıb və nəinki onları, heç yapon ənənələrini əks etdirən kalliqrafiya nümunələrini belə estetikanın bir hissəsi kimi divardan asmayıblar. Yaponiyanın seks mədəniyyəti  insan bədəninin günah olduğunu təlqin edən avropalı missionerlərin ora gedib çıxması ilə məhv olub. Yalnız bundan sonra yaponlarda ümumi hamamlarda çimməyə, ictimai yerlərdə sevişməyə Asiyanın digər hissəsində olduğu kimi tabu qoyulub. İkinci dünya müharibəsində amerikalılara məğlub olandan sonra Yaponiyanın mavi ekranında da sevişmə səhnələri yığışdırılmışdı. Amma kino sahəsinin mütəxəssisləri hesab edirlər ki, Amerika kinosuna öpüşmə, erotika və pornoqrafiya məhz Yaponiyadan gəlmişdi. 1980-ci illərin əvvəllərində Yaponiyaya "çəhrayı filmlər" dalğası gəldi. Bu filmlər videomaqnitofonların köməyi ilə yaponların gen yaddaşındakı pornoqrafiyanı yenidən meydana çıxardı. 1990-cı illərin iqtisadi böhranı hətta məktəblilər arasında da fahişəliyi artırdı. Yaponiya ilk olaraq erotik və pornoqrafik filmləri istehsal edərək digər Asiya ölkələrinə ixrac etməyə başladı.

Dünyanın siyasi və iqtisadi mənzərəsinə də nəzər yetirəndə biz seksin hər şeyin kökündə dayandığının şahidi oluruq. Hələ qədim zamanlarda imperiyalar bir-birilərinə qız hədiyyə edərək sülh bağlayır və dost olurdular. Antik Sparta başda olmaqla qədim sivilizasiyanın mərkəzlərində müəyyən dövrlərdə fahişəlik müqəddəs sayılırdı və o, ölkələrin maddi gəlirlərində əhəmiyyətli yer tuturdu. Dini məbədlər və kahinlər seksual əlaqələrdən əldə olunan gəlirlərin hesabına yaşayırdılar. Azərbaycanlı oxucuların maraqlarını nəzərə alaraq haşiyə çıxım ki, ermənilərdə müqəddəs hesab edilən Anais fahişəlik ilahəsidir. E.ə. III əsrdən eramızın I əsrinə, xristianlığın yayılmasına qədər Anais ermənilər üçün ibadət mənbəyi idi. Strabon yazırdı ki, bu ölkədə nüfuzlu ailələrin qızları Anaisin məbədində xaricdən gələn tacirlərlə əlaqəyə girəndən sonra fahişəlik müqabilində qazandıqlarını məbəddə qoyub ərə gedə bilərdilər. Ən adlı-sanlı fahişələr ən qəhrəman kişilərə nəsib olurdu. Bu faktdan sonralar fransız tarixçi Pyer Düfur da istifadə etmişdi.

Günümüzə gəlincə, seksual münasibətlərin nə qədər böyük rola sahib olduğunu isbat etmək üçün minlərlə fakt var. Dünyanın ən aparıcı ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, xüsusi xidmətlərinin rəhbərləri belə seks qalmaqallarında ilk sırada yer alırlar. Sovet DTK-sının şinelindən çıxmış Rusiya prezidenti Vladimir Putinin Alina Kabayeva ilə olan seksual münasibətləri və bu yaşda uzun illərin evliliyinə son verməsi də fikrimizi bir daha isbat edir. Belarus prezident Aleksandr Lukaşenkonun qanundankənar seksual münasibətləri uşaqla nəticələnmişdi. İtaliyanın sabiq baş naziri Silvio Berluskoni öz hərəmxanası ilə məşhur idi. ABŞ-ın sabiq prezidenti Bill Klintonla Monika Levinski qalmaqalını, Corc Buşla Kondoliza Rays arasındakı eşqi, Gürcüstan prezidenti Mixail Saakaşvilinin bütün dünyada məşhur olan aktiv seksual həyatını yəqin ki xatırlatmağa ehtiyac yoxdur. Ən mühafizəkar ölkələrdən biri olan İranda nazirin liftdə öz katibəsi ilə intim yaxınlığı belə seksin, intimin siyasi dünyanın palitrasını necə rəngləndirdiyini göstərmək üçün kifayətdir. Kişilərin qadınların xoşuna gəlmək üçün qəhrəmanlıqlar göstərdiyini, yaxud da hər fürsətdə özlərini qəhrəman kimi qələmə verməyi xoşladığını müşahidə etməmiş olmazsız. Bunun başqa versiyasını da kişilərin xoşuna gəlmək üçün karsetli Polina, gözəl ağ əllərini göz qamaşdıran üzüklərlə bəzəyərək diqqəti cəlb edən Jozefina, qabarıq sinəsini və yançaqlarını ortaya qoyan kraliça İzabel və çariça Yekaterina etmirdimi? Açıq çimərlikdə çılpaq əndamını ortaya qoyan Angela Merkel, sevgilisi ucbatından Billə başqa-başqa otaqlarda yatmağa vadar olmuş Hillari Klinton və sirrlərini bilmədiyimiz nə qədər dünyanın lider lediləri. Onlar seksdən imtina etmirlər, amma sadə insanlara bunun ayıb, günah və qadağan olduğunu təlqin edirlər.

Və sonda "Batkivşina" Partiyasından olan dostlarımdan birinin canlı şahidi olduğu əhəmiyyətli fakt.  Nə qədər qəribə olsa da, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Rusiya ilə uğurlu hesab olunmayan qaz sövdələşməsinə görə onu qınayan hökumət nümayəndələrinə məhz belə demişdi: "Mən daha nə etməliydim, Putinlə yatmalıydımmı?!"

Valentin Zaqrebin

Fikir Fabriki İnstitutu