Müğənni Nadir Qafarzadə rəsmi instaqram hesabını bağlayıb.
“Qafqazinfo” xəbər verir ki, izləyicilərini təhqir edərək gündəmə gələn sənətçi çıxış yolunu bunda görüb.
O, 203 minlik izləyicisi olan hesabını dondurub.
Ailəsi ilə istirahətdə olan Qafarzadə bununla da, onun ünvanına yazılan təhqir və tənqidlərdən xilas olub.
Xatırladaq ki, Nadir “səhifəmə girib, təhqir ve söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə… İndi ürəkli oğlan yazsın, amma telefon nömrəsini də yazsın. Mən isə kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb”- paylaşımını yayımlamışdı.



Son xəbərlər
Son Xəbərlər