“... Özünüzə gələ bilməyəcəksiz”- - Xalq artisti

-ozunuze-gele-bilmeyeceksiz-
Oxunma sayı: 7274


“Libasım xarici modelyerin  əl işidir, onu tanımırsınız. Modelyer Leyla Əhmədova ilə möhtəşəm  dəb nümayişi keçirəcəyik. Orada elə şeylər görəcəksiniz ki, bir müddət özünüzə gələ bilməyəcəksiniz. Bu rəngarəng geyimimi boş verin, əsas dəfilədə baş verənlərə diqqət ayırın”.

Xalq artisti Birinci Avropa Oyunlarında məşəl daşımasından da danışıb:

“Oyunlar  ölkə daxilində önəmli hadisədir. Mən də  “Bakı-2015”in məşəldarlarından biri oldum. Bilirsiniz ki, idmançılar hər zaman idman ayaqqabısında olurlar və o ayaaqqabılar hündürdaban olmur. Düşündüm ki, yenilik edim, bu hadisə ölkəmizdə, dünyada tarixi andır, bayramdır. Məşəlaparma ərəfəsində fərqli addım atmaq istədim. Xaricdən sport görünən, lakin içərisində 10 sm hündürlükdə dabanı olan ayaqqabı geyindim və yürüyə, qaça bildim. Heç bir idmançı hündürdabanda qaçmamışdı, mən bunu bacardım. Açılışda da, bağlanışda da olacam. Ən sevdiyim idman növü olan güləşi izləyəcəm”.

Kazımova yaradıcılığındakı yeniliklərdən də bəhs edib:

“Gürcüstanda klip çəkilişlərinə başlamışdıq. Zəng gəldi, təcili Bakıya qayıtdım. Hazırda bütün yaradıcı işlərim kənarda qalıb, əsas Avropa Oyunlarıdır. Oyunlar bitdikdən sonra insan kimi yaşamağa başlayacam, indi fərqli Aygünəm, yenidən müğənni Aygün Kazımova olacam. Yay aylarında konsert turnesi keçirəcəm. Konsertdə fərqli Aygün olacaq. Deyirlər ki, əgər özəl olmaq istəyirsənsə, fərqlilik etməlisən”.

Könül