10 illik ailə həyatına son - Oksana boşanır + Fotolar

10-illik-aile-heyatina-son
Oxunma sayı: 8675

İş xanımı Oksana Samoylova reper həyat yoldaşı Ciqandan boşanmaq qərarına gəlib. “Qafqazinfo” bildirir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

“Dörd övladının olduğu halda qərarlar qəbul etmək necə də çətindir, amma mənə seçim imkanı qoymadılar. Mən boşanıram. 10 illik xoşbəxt ailə həyatı onun tərəfindən yalan imiş, mən isə sadəcə yaşayırdım və ona inanırdım. O, elə şeylər deyirdi ki, uşaqlarımızın sağlamlığına and içirdi, şaiyə və söz-söhbətlərə inanmamağım üçün yalvarırdı və and içirdi ki, yalnız məni sevir və heç vaxt xəyanət etməyib. Və mən inanırdım, çünki mən belə yalan danışa bilmərəm, çünki mən xeyirxah və sadəlövhəm, belə necə etmək olar axı, çünki biz xoşbəxt idik, başa düşürsünüz? Həqiqətən.

Biz çox mübahisə etmirdik, mən görürdüm ki, o, məni sevir, bizdə hər şey yaxşı idi, bizim gözəl uşaqlarımız var və gözəl həyatımız var idi. Və mən hətta təsəvvür edə bilməzdim ki, belə bir vəziyyətdə, mehriban yaşaya-yaşaya, insan evdən çıxıb xəyanət edə bilər. İkinci səbəbini siz onun səhifəsində görürsünüz, və, düşünürəm ki, nə baş verdiyini başa düşürsünüz. Mən həmişə ailənin, uşaqların ana və atasının olmasının tərəfdarı olmuşam, amma indiki vəziyyətdə mən sadəcə başqa cür hərəkət edə bilmərəm. Mən övladlarımın bütün bu cəhənnəmi görmələrini istəmirəm. Ariela artıq hər şeyi başa düşür və mənim ürəyim ağrıdan parçalanır. Bundansa, ancaq ananın olması daha yaxşıdır.

Onun bizim ailəmiz və özü ilə etdikləri, - bu, onun məsuliyyətidir, yalnız onun. Mən bilmirəm, o bütün etdiklərini nə vaxt dərk edəcək vəziyyətdə olacaq, və, ümumiyyətlə, olacaqmı. Mən bilmirəm, sabah və ya bir aydan sonra nə olacaq. Mən bilmirəm, dörd uşaqla nə edəcəyəm, amma mən güclü olmalı olacağam, və, çox güman, nə vaxtsa olduğumdan daha güclü”, - Samoylova yazıb.  

Xatırladaq ki, 31 yaşlı Oksana Samoylova ilə 34 yaşlı Ciqanın ailə həyatında problemlər bir ay əvvəl, Davidin doğulmasından sonra başlayıb. Reper alkoqola qurşanıb və İnstaqramda açdığı canlı yayımlar zamanı övladlarının yanında qeyri-etik ifadələrdən istifadə edib. Bundan sonra Ciqan reabilitasiya mərkəzində iki həftəyə yaxın müalicə olunub. Həmin müddətdə onun ailəsi Mayamidə olub.

Bu yaxınlarda ailə Amerikadan Rusiyaya qayıdıb və özünütəcrid tədbiləri görüb. Yeri gəlmişkən, Ciqan karantin qaydalarına tam əməl etməyib və qayıtdıqdan cəmi bir neçə gün sonra evdə dostlarının iştirakı ilə parti təşkil edib. İlk dövrlərdə Oksana Samoylova şərh vermirdi və deyirdi ki, yaranan vəziyyətdə ona övladlarının atasına kömək etmək daha vacibdir. Həmin müddət ərzində isə Ciqan aktiv şəkildə İnstaqramda ailə fotolarını paylaşır, həyat yoldaşına sevgisini etiraf edirdi.  

Oksana Samoylova və Ciqanın münasibətləri 2008-ci ildə başlayıb. Onlar gecə klubunda tanış olublar və həmin andan, demək olar, heç vaxt ayrılmayıblar. 2011-ci ildə onların böyük qızı – Ariela dünyaya gəlib, bir ildən sonra isə cütlük dəbdəbəli toy edib. 2014-cü ildə onların ortancıl qızı – Leya, 2017-ci ildə isə kiçik qızı – Maya anadan olub. 2019-cu ilin payızında Samoylova növbəti dəfə ana olacağını təsdiqləyib, bu ilin fevralında isə cütlüyün dördüncü – David adlı oğlu dünyaya gəlib.