“Bu suallara bir az nifrət edirəm” - Valdas Dambrauskas

bu-suallara-bir-az-nifret-edirem
Oxunma sayı: 971

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mayın 13-də Azərbaycan Kubokunun finalında üz-üzə gələcəkləri “Zirə” ilə matçdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

“Mənim üçün böyük şərəfdir ki, buradayam. Ardıcıl ikinci ildir ki, kubokun finalında oynayacağıq. Hər bir ölkədə kubok finalı çox böyük hadisədir. Adətən mövsümün sonunda keçirilən finalda bəzi klublar gözəl fürsət əldə edirlər ki, titul qazansınlar. Bəzi ölkələrdə superkubok da var. Biz səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibimiz “Zirə”ni də təbrik edirəm ki, finala çıxıb. Sabah meydanda hər iki komanda çox yaxşı oyun göstərəcək. Hər kəsi tribunalara çağırıram. İnanıram ki, azarkeşlər də oyundan həzz alacaqlar. Biz ötən mövsüm kuboku qazanmışıq. Çalışacağıq ki, yenidən bu titulu əldə edək. Çox kubok finalları görmüşəm. Bilirəm ki, finallar hər iki komanda üçün necə çətin olur. Düşünürəm ki, sabahkı oyunda biz dram, çoxlu qollar, həyəcanlı oyun görəcəyik. İstərdim ki, meydandan ən yaxşı olan komanda qalib ayrılsın”.

-“Zirə” ilə son matçda 2:2 hesabı qeydə alınıb. Sabah da belə olarsa, penaltilərə hazırsız? Kubokun finalı sizin üçün nə ifadə edir?

- Mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Bizim üçün tarixi fürsətdir. Hamımız əlimizdən gələni edəcəyik ki, titula yenidən nail olaq. Biz buna nail olsaq, klubun adını tarixə yazdıracağıq. Hər cür nəticə ola bilər, əlavə vaxta da gedə bilər. Bu oyunda drama da görə bilərik. Yorğunluq da ola bilər. Sonlarda oyunçuların necə olacağını deyə bilmərəm. Amma penaltilər işləməmişik. Futbolçularım hər məşqdən sonra bunu edirlər. Lazım olarsa, bilirik ki, kimə güvənə bilərik. Kubokun finalında oynamağınız “Zirə” və “Neftçi”nin avrokubok taleyini həll edə bilər.

-Bunu fikirləşəndə üzərinizdə hansısa təzyiq hiss edirsiniz?

- Biz öz üzərimizdə necə təzyiq hiss edə bilərikki? Bu suallara bir az nifrət edirəm. Kubok finalıdır, hər iki komanda üçün tarixi oyundur. Biz başqa şeylər haqda düşünmürük, sadəcə öz oyunumuzu düşünürük. Üçünücü komanda necə olacaq, bizi maraqlandırmır. Əgər qalib gəlsək, azarkeşlərimizi sevindirəcəyik. Uduzsaq, onları məyus edəcəyik. Başqa şeyi düşünmürük. Digər komanda da bu cür düşünür. Özümüz öz üzərimizdə təzyiq hiss edirik. Özümüz üçün oynayacağıq. Başqalarının taleyi bizi maraqlandırmır.

-Yeddi titul qazanmısız. Bu, sizin üçün əlavə üstünlük sayıla bilər?

-“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında iki dəfə final oynayıb. Bu, onlar üçün üstünlükdür Əlbəttə ki, fərqli duyğulardır. Keçmişdə qazanılan uğur artıq keçmişdə qalır. Çünki o uğuru fərqli komandalarla əldə edirsən. Mənə görə finallar baş məşqçilərə o qədər təcrübə vermir. Təcrübəni hər gün məşqlərdə, yanaşma ilə əldə edirsən. Əlavə finallar səni yaxşı məşqçi etmir. Rəqib də biz də əlimizdən gələni edəcəyik ki, sabah qalib olaq. İstəyərdim ki, sabah drama, həyəcanlı oyun olsun. Böyük ehtimalla “Zirə” beşli müdafiə ilə oynayacaq. İki cinah, üç mərkəz müdafiəçisi.

- Belə oynayan komandaların müdafiə xəttini yarmaq üçün hansı planlarınız var? Daha çox buna hazırlaşmısınız, yoxsa “Zirə”nin sürpriz oyun sisteminə hazırsız?

-Hər şeyi sizə desəm, marağı qalmayacaq. Bu rəqibə qarşı hazırlaşmaq çətindir, biz onlarla artıq üç dəfə oynamışıq. Dəfələrlə onların oyunlarına baxmışam, təhlil etmişəm. Bir-birimizi yaxşı tanıyırıq buna görə də böyük sürprizlər gözləmirəm. Bu oyunun taleyini kiçik detallar həll edəcək. Əvvəlki oyunlara necə hazırlaşmışıqsa, bu oyunlara da eyni formada hazırıq. Bizim A, B, C planlarımız olur ki, sürətli reaksiya verək. Üzərimizdə çox təzyiq yoxdur. Sabah təzyiqsiz oynayacağıq. İstədiyimiz oyunu göstərsək, sabah ən yaxşı komanda olacağıq.

-Adətən Azərbaycanda kubokun finalı mövsümün son oyunu olurdu. Artıq bu mövsüm dəyişdirilib. Siz özünüz də bu haqda danışdınız. Necə düşünürsüz, bu cür təqvim oyunçularınızı daha çox motivasiya etməyə imkan yaradır?

-Hər halda, son oyunda futbolçular daha çox tətil haqda düşünür. Səmimi desəm, bu barədə fikrim yoxdur. Çünki ölkədə qaydalar necədirsə, ona, təşkilatçılara hörmət edirik. Mənim üçün önəmi yoxdur. Bu ölkənin böyük futbol tarixi var, biz kimik ki, gələk nələrisə dəyişməyə çalışaq. Bu oyunları tərtib edərkən təqvim önəmlidir. Hansı gün lazımdırsa, o gün də oynayacağıq. Bu barədə nəsə deməyim düzgün olmazdı. Hansı gün lazımdırsa, onu oynayacağıq.

-“Omoniya”nın baş məşqçisi olarkən, “Zirə”ni 6:0 məğlub etmişdiniz. Bu mövsüm isə “Sabah”ın çalışdırıcısı kimi “Zirə”yə 3:0, 3:1 qalib gəlmisiniz. Bir adama çox məğlub olursansa, ona qarşı aqressiv olursan. Sabah meydanda daha aqressiv “Zirə”, daha aqressiv Rəşad Sadıqov gözləyirsiniz?

-Bu, finaldır. Bu cür statistikanın heç bir mənası yoxdur. Final hər iki komanda üçün çox önəmlidir. “Omoniya”da olarkən Bakıda 1:0 məğlub olmuşduq. Keçmiş oyunların sabahkı finala heç bir təsiri yoxdur. Biz bir-birimizi tanıyırıq. Final elə oyundur ki, çox qəribə hər şey baş verə bilər. Düşünürəm ki, hər iki komanda çox aqresiv olacaq, qalib gəlmək istəyəcək. İstəyərdim ki, azarkeşlər bu oyundan həzz alsınlar. Səbirsizliklə sabahkı oyunu gözləyirik.