Tramp onları xələfləri adlandırdı

tramp-onlari-xelefleri-adlandirdi
Oxunma sayı: 431

ABŞ Prezidenti Donald Tramp ölkənin hazırkı vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubionu ideal komanda və 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının potensial namizədləri adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən tədbir zamanı danışıb.

Bununla belə, ABŞ lideri onlardan hansının prezidentliyə, hansının isə vitse-prezident vəzifəsinə namizəd olacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ilin noyabrında keçiriləcək.