Əsgərlərin minaya düşməsi ilə bağlı Hərbi Prokurorluqdan açıqlama - Yenilənib

esgerlerin-minaya-dusmesi-ile-bagli-herbi-prokurorluqdan-aciqlama
Oxunma sayı: 4065

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. 

Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Hərbi Prokurorluqdan verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər - Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-i Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.