“Dövlət o uşağa sahib çıxmalıdır”

dovlet-o-usaga-sahib-cixmalidir
Oxunma sayı: 737

“Son günlərdə qəbiristanlıqda tapılan uşaq əsas mövzulardandır. Hansı valideyn uşağından imtina edirsə, dövlət o uşağa sahib çıxmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı bildirib.

“Dövlət valideynin yaxşı davranmadığı uşağa belə sahib çıxmalıdır. Çünki bizə sağlam vətəndaş lazımdır”, - deputat qeyd edib.

Xatırladaq ki, 1 həftə əvvəl Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı uşaq tapılıb. Sonradan məlum olub ki, anası uşaqdan rəsmi qaydada imtina edib. Hazırda azyaşlı sığınacaqda saxlanılır. 

Nuranə Daxilqızı