Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqından (Aİ) Rusiya ilə hava limanlarına hücumlardan qarşılıqlı imtina barədə razılığa nail olmaqda kömək istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilir ki, Sibiqa bu ideyanı Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə səsləndirib.
“Ola bilsin ki, biz “aeroport atəşkəsi” adlanan razılığa nail olmağa çalışacağıq”, - Ukraynanın XİN rəhbəri deyib.
Sibiqanın fikrincə, Moskva belə bir razılaşmada maraqlı ola bilər, çünki Rusiyanın böyük hava limanları dron hücumları səbəbindən getdikcə daha tez-tez işini dayandırmalı olur.
Ukrayna Prezidenti Volodimir Zelenskinin artıq bu ideyanı bəzi Avropa liderləri ilə müzakirə etdiyi iddia olunur.
Son xəbərlər
Son Xəbərlər