Xəbər verdiyimiz kimi, Nyu-Yorkda “Metropoliten” muzeyində ilin ən çox gözlənilən moda tədbiri - “Met Gala” keçirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünyaca məşhur müğənni Dua Lipa 10 milyon dollardan çox dəyəri olan 100 karat brilyantla bəzədilmiş boyunbağı ilə tədbirə qatılıb.
Müğənninin bahalı zinət əşyası diqqət çəkib.
Qeyd edək ki, budəfəki mərasimin əsas motivi mərhum modelyer Karl Lagerfeldin yaradıcılığı olub.
2019-cu ildə 85 yaşında vəfat edən Lagerfeld ağ-qara libaslara, mirvari və hündür yaxalıqlara olan sevgilisi ilə tanınırdı. Qonaqlar da libas seçərkən bunu nəzərə alıblar.






Son xəbərlər
Son Xəbərlər