100 yaşlı “Formula 1” pilotu vəfat etdi

100-yasli-formula-1-pilotu-vefat-etdi
Oxunma sayı: 256

 

“Formula 1”in keçmiş braziliyalı pilotu Hermano da Silva Ramos 100 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Autosport” məlumat yayıb.

Onun ölüm səbəbi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

2023-cü ilin aprelindən ölümünə qədər o, “Formula 1”də yarışan ən yaşlı sürücü olub.

Silva Ramos yeddi “Formula 1” Dünya Çempionatının Qran prisində iştirak edib. Onun debütü 19 iyun 1955-ci ildə Niderland Qran prisində baş tutub. Silvanın karyerasında ən yaxşı nəticəsi 1956-cı il Monako Qran prisində braziliyalının iki xal qazandığı beşinci yer olub.