11 yaşlı qızın uşağı Bakıda dünyaya gəlib

11-yasli-qizin-usagi-bakida-dunyaya-gelib
Oxunma sayı: 18759

İmişlidə hamilə olan 11 yaşlı qızla bağlı tibb müəssisəsindən açıqlama verilib.

Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən "Qafqazinfo"ya bildirilib ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib:

"Ananın vəziyyəti yaxşıdır, uşaq isə 30-31 həftəlikdir. Hazırda uşaq neonotologiya şöbəsindədir, vəziyyəti qənaətbəxş deyil".

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, azyaşlının ailəsi hamiləliklə bağlı xəstəxanaya müraciət edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb.