15 yaşlı qız itkin düşdü

15-yasli-qiz-itkin-dusdu
Oxunma sayı: 2118

Gəncədə yeniyetmə qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini, 1980-ci il təvəllüdlü İ.Quliyev Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edərək 2008-ci il təvəllüdlü qızı N.Quliyevanın itkin düşdüyünü bildirib.

Şikayətçi qızının 2 dekabr tarixində evdən çıxaraq naməlum istiqamətdə getdiyini qeyd edib.

Müraciətlə bağlı araşdırma aparılır.