15 yaşlı qız özünü binadan atdı - Yenilənib

15-yasli-qiz-ozunu-binadan-atdi
Oxunma sayı: 7706

Abşeron rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

2006-cı il təvəllüdlü N.Q. yaşadığı binadan özünü atıb. Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Həmçinin oxuyun: “Qızımla evliykən nişanlı olan xalası qızını qaçırdı”​

Müayinə zamanı ona qabırğalar arası və ətrafların çox saylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

***

Həkimlərin səyinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.