Ehtiyatsızlıqdan zəhərlənən qadın öldü

ehtiyatsizliqdan-zeherlenen-qadin-oldu
Oxunma sayı: 847

Ucar rayonunda ehtiyatsızlıqdan zəhərli məhlul içən qadın vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 25-i saat 07 radələrində rayonun Lək kəndində baş verib.

1977-ci il təvəllüdlü Fərqanə Əlikram qızı Ağayeva yaşadığı evdən ehtiyatsızlıqdan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, o həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.