16 yaşlı oğlan baxışı xoşuna gəlməyən şəxsi bıçaqladı

16-yasli-oglan-baxisi-xosuna-gelmeyen-sexsi-bicaqladi
Oxunma sayı: 2541

Gəncə şəhərində 16 yaşlı yeniyetmə küçədə adam bıçaqlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhər sakini, 2004-cü il təvəllüdlü Ə.M. küçədə dayandığı zaman oradan keçən 1997-ci il təvəllüdlü Oruc Ələsgərovu saxlayaraq ona niyə tərs-tərs baxdığını soruşub. Buna görə onlar arasında başlayan mübahisə davaya çevrilib, nəticədə Ə.M. üzərində gəzdirdiyi bıçaqla O.Ələsgərovun sinəsindən bir zərbə vurub.

Faktla bağlı araşdırma aparılır. 

Murad Əhməd