10 dekabr tarixində “JW Marriott Absheron” otelində bir sıra dövlət orqanlarının və özəl şirkət rəhbərlərinin iştirakı ilə “166 Yükdaşıma və Logistika” şirkətinin korporativ hesabat tədbiri keçirilib. Dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.
"Qafqazinfo"nun məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Nadir Adilov və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin rəhbəri Fərid Məmmədov çıxış edərək şirkətin fəaliyyətini yüksək qiymətləndirib, gələcək dövr üçün uğurlar arzulayıblar. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev “166 Yükdaşıma və Logistika” ilə bərabər yay aylarında uğurla həyata keçirdikləri “Logistika akademiyası” layihəsi haqda ətraflı danışıb və təşəkkürünü bildirib.
“Yeni hədəfə doğru” şüarı ilə keçirilən tədbirdə “166 Yükdaşıma və Logistika” şirkətinin rəhbəri Aqil müəllim qonaqları salamlayıb və şirkətin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Çıxışının sonunda isə şirkətin yeni loqosunu tədbir iştirakçılarına təqdim edib.
Tədbirin davamında “166 Global Logistics” şirkətinin direktoru Ruslan İmanquliyev şirkətin həyata keçirdiyi və keçirəcəyi sosial layihələr haqqında məlumat verib.
Daha sonra çıxış edən Marketinq və Biznes inkişafı departamentinin direktoru Nurlan İmamquliyev qonaqlara şirkətin yenilənmiş saytını tanıdıb və müştərilərlə əlaqələrini gücləndirmək məqsədi ilə növbəti il ərzində loyallıq kartının istifadəyə veriləcəyini bildirib.
Şirkətin korporativ satış meneceri Samida Qaniyeva Azərbaycan yükdaşıma bazarında ilk dəfə olaraq yaradılan “Yüklərin qrup halında daşınması” xidməti haqqında bəhs edib.
2019-cu ilin illik hesabatı məruzə edildikdən sonra, qonaqlar müxtəlif oyunlarda iştirak edib. Sonda isə iştirakçılara xüsusi hədiyyələr təqdim olunub və tədbir başa çatıb.

Son xəbərlər
Son Xəbərlər