17 yaşında həbs edilmişdi - 9 ildən sonra əfv olundu

17-yasinda-hebs-edilmisdi
Oxunma sayı: 1396

Dövlət başçısının bu gün imzaladığı əfv Sərəncamı ilə azadlığa buraxılan şəxslər arasında 26 yaşlı Əliyev Maarif Eldar oğlu da var.

“Qafqazinfo” xəbər verir ki, 2017-ci ildə 17 yaşında ikən törətdiyi cinayət əməlinə görə saxlanılan və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Maarif 9 ildən sonra azadlığa qovuşub.

Qeyd edək ki, əfv edilənlər arasında M.Əliyevlə yanaşı, bir neçə digər gənc də var.