17 yaşlı Aysunu öldürən həmkəndlisi barədə qərar verildi

17-yasli-aysunu-olduren-hemkendlisi-barede-qerar-verildi
Oxunma sayı: 3003

Naxçıvanın Kəngərli rayonunda 17 yaşlı Aysun İbrahimovanın öldürməkdə ittiham olunan həmkəndlisi Sərvin Məmmədov məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, Kəngərli Rayon Məhkəməsində keçirlən iclasda Sərvin Məmmədov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Həmçinin oxuyun: Камаледдин Гейдаров уволил сына главы Исполнительной власти - Фото

O, ilkin ifadəsində özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib.

Qeyd edək ki, hadisə Kəngərli rayonunun Xok kəndində baş verib. İttihama görə, 1999-cu il təvəllüdlü S. Məmmədov aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi-2006-cı il təvəllüdü Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürüb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Sail Ağasəlim