17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı - Foto

17-yasli-oglan-ozunu-15-ci-mertebeden-atdi
Oxunma sayı: 7875

Martın 9-u gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.

Belə ki, Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Məmmədov binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mərhumun qohumu Oxu.az-a açıqlamasında Qadirin idmanla məşğul olduğunu və hadisə vaxtı yanında başqa şəxslərin olduğunu deyib. O bildirib ki, hadisənin şantajla bağlı olması ehtimal edilir: “Qadir özünü atmamışdan əvvəl anasına zəng edərək halallaşıb”​.