17 yaşlı oğlan qətlə yetirildi - Yeniyetmə qardaşlar saxlanıldı - Yenilənib

17-yasli-oglan-qetle-yetirildi
Oxunma sayı: 8244

Sumqayıtda 17 yaşlı oğlan qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Kimyaçılar qəsəbəsində bıçaqlanan 2008-ci il təvəllüdlü Emil Elçin oğlu Qələndərov vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin artıq saxlanıldığı bildirilir.

***

Hadisəni törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və qardaşı 2010-cu il təvəllüdlü E.Q. polisin həyata keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Fotoda Emil Qələndərov