17 yaşlı qız özünü 14-cü mərtəbədən atdı

17-yasli-qiz-ozunu-14-cu-mertebeden-atdi
Oxunma sayı: 5631

Bu gün Sumqayıt şəhərində dəhşətli intihar hadisəsi baş verib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, yeniyetmə qız özünü şəhər ərazisində yerləşən çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar edən qızın 2006-cı il təvəllüdlü A.Tağıyeva olması müəyyən edilib.

İntiharın səbəbi və baş vermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.