17 yaşlı qız yeddinci mərtəbədən yıxıldı

17-yasli-qiz-yeddinci-mertebeden-yixildi
Oxunma sayı: 2803

Gəncədə 17 yaşlı qız bədbəxt hadisə nəticəsində xəsarət alıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

2004-cü il təvəllüdlü Şəms Hüseynova doqquzmərtəbəli binanın yeddinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin başvermə səbəbi hələlik bilinmir.

Elmar Əli