19 yaşlı oğlanda 190 minlik maşın hardandır? - - Video+Fotolar

19-yasli-oglanda-190-minlik-masin-hardandir-
Oxunma sayı: 7382



“Qafqazinfo” AnsPress-ə istinadən xəbər verir ki, Bu günlərdə bir həkim oğlu 13 yaşlı qızı maşınla vurdu. Avtomobilin sürətlə idarə edilməsi nəticəsində baş verən bu faciəli hadisədə diqqəti cəlb edən məqamlardan biri qəzanı törədən çox gənc bir oğlanın həddən artıq bahalı avtomobili idarə etməsidir. Çoxlarında belə bir sual yaranır: 19 yaşlı həkim oğlunda 190 minlik avtomobil hardandır? 

Bu gün Azərbaycanda büdcədən maliyyələşən müəllimlərin və həkimlərin orta aylıq əmək haqqı 200-300, məmurların məvacibi isə 400-500 manat arasında dəyişir. Nəzərə alsaq ki, bu pulların böyük bir hissəsi də ailənin ərzaq təminatına xərclənir, onda bu avtomobilə sahib olanların onu necə, hansı pulla alması sual doğurur. 

Maraqlı məqam isə odur ki, 19 yaşlı həkim oğlu bu cür bahalı avtomobili hansı pulla alıb? 19 yaşlı Əbil Abbas oğlu Zeynalov idarə etdiyi Mersedes markalı avtomobillə yolu keçmək istəyən piyada 13 yaşlı Tahirə Ələkbər qızı İsmayılovanı vurdu. Faktla bağlı istintaq aparılır. 

İqtisadçı ekspert Azər Mehdiyev: “Ölkədə gizli dövriyyənin həcmi 35-40 milyard manatdır. Bu pulların yalnız qeyri-leqal gəlirlərdən əldə edildiyi qənaətindədir. Əldə olunan bu pulların böyük bir hissəsi rəsmiləşdirilmir və vergidən yayındırılır”. 

Azər Mehdiyev onu da qeyd edib ki, insanlar elan etdikləri gəlirlərinin səviyyəsinə uyğun olaraq yaşamırlar: “Aylıq gəliri 700 manat olan məmurlar böyük bir villadan çıxırlarsa, altında bahalı maşınları varsa, deməli, onlar işlədikləri yerlərdə əlavə gəlirlərə məxsusdurlar. Ölkədə gizli dövriyyənin həcminin 35-40 milyard manat olduğunu söyləmək mümkündür". 

Azər Mehdyevin fikrincə, məmurların bu gəlirləri artdıqca, onlarda belə fikir formalaşır ki, yüksək gəliri var və istədiklərini edə bilərlər. 

Xatırladaq ki, bu istəyə hətta dövlət başçısı səviyyəsində qarşı çıxılır. Prezident İlham Əliyev bununla bağlı vəzifəli şəxslərə xəbərdarlıq etmişdir: “Vəzifəli şəxslərin övladları qudurğanlıq edirlər, kim o hüququ verib?! Onları vəzifəyə mən təyin etmişəm, mən də çıxaracağam. Eşitsəm ki, xuliqanlıq edirlər, onlar cəzalandırılacaq, ataları da işdən çıxarılacaq”. 

DİN-nin məlumatına görə, avtomobilin sürücüsü Əbil Zeynalov artıq saxlanılıb və onun barəsində cinayət işi başlanılıb. 

Dövlət başçısı korrupsiya ilə mübarizənin gücləndirilməsi üçün qanunvericilik səviyyəsində də addımlar atır. Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə korrupsiya haqqında qanuna dəyişiklik edilib. Qeyd edək ki, dünyada bu problemlə mübarizə üçün gəlir bəyannamələri tətbiq edilir.