Ulduz futbolçu arvadı zəng etdiyi üçün müsahibəni yarıda kəsdi - Video

ulduz-futbolcu-arvadi-zeng-etdiyi-ucun-musahibeni-yarida-kesdi
Oxunma sayı: 819

PSJ-nin futbolçusu Vitinya diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün Çempionlar Liqasının yarımfinalında “Bavariya”ya 5:4 hesabı ilə qalib gəldikləri matçdan sonra miks zonada verdiyi müsahibəsini yarıda kəsib. 

Buna səbəb isə ulduz futbolçuya arvadının zəng etməsi olub. Ulduz futbolçu “arvadım zəng edir. Deyəsən müsahibədə çox qaldım” deyərək stadionu tərk edib.