Növbəti iclas Azərbaycanda keçiriləcək

novbeti-iclas-azerbaycanda-kecirilecek
Oxunma sayı: 920

Ermənistanla delimitasiya komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatında qeyd olunub.

“Tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər”, - məlumatda deyilir.