“Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”

mallar-anbarlarda-5-6-il-sahibsiz-qalir-kohnelib-xarab-olur
Oxunma sayı: 911

“Bəzən mallar anbarlarda illər boyu qalır, sahibsiz hesab olunur. Beləliklə, mallar 5-6 il sahibsiz qalır, köhnəlir, xarab olur. Nəticədə, gömrük orqanlarının resursları sərf olunur, xərcləri çoxalır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.

“Ona görə də 180 gündən sonra məhkəməyə müraciət olunur və malın aqibəti müəyyənləşir. Hansı formada qərar qəbul ediləcəksə, ona uyğun addımlar atılacaq”, - DGK sədri əlavə edib.

Nuranə Daxilqızı