Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısı Vaqif Həsənov aprel ayı ərzində bir neçə vətəndaş qəbulu keçirib.
“Qafqazinfo” xəbər verir ki, qəbullar zamanı vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və digərlərinin həlli məqsədilə isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülüb.
Keçirilən qəbullarda şəhid ailələri və qazilər növbədənkənar qaydada qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıq göstərilib.







Son xəbərlər
Son Xəbərlər