“20 Yanvar”a gedən yol genişləndi

20-yanvara-geden-yol-genislendi
Oxunma sayı: 1876

“20 Yanvar dairəsi” istiqamətinə gedən yolda aparılan yenidənqurma işləri artıq yekunlaşdırılıb.

Qafqazinfo“Azəravtoyol” ASC-ə istinadən xəbər verir ki, hazırda sözügedən ərazidə məhdudlaşdırma aradan qaldırılaraq avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, paytaxtın şimal girişində, Moskva prospektində kompleks halda atılmış addımların davamı olaraq prospektdən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru genişləndirilib. Bundan öncə Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi.

Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilib. Nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılıb.