2023-2025-ci illər üçün Baş Kollektiv Saziş bağlanıldı

2023-2025-ci-iller-ucun-bas-kollektiv-sazis-baglanildi
Oxunma sayı: 1659

2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi bağlanılıb.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən verilib.

Qərara əsasən, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (bundan sonra – Tərəflər) Azərbaycanın bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycanın qanunvericiliyinə əsaslanaraq, 2023-2025-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra – Saziş) bağlayıblar.