21-ci əsrdə qəbilə savaşı - 38 ölü var

21-ci-esrde-qebile-savasi
Oxunma sayı: 672

Cənubi Sudanın Qoqrial əyalətində qəbilələr arasında ataışma baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Apuk və Aquok qəbilələri arasında baş verən hadisə zamanı 38 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Əyalətin vali köməkçisi Aqot Mel bildirib ki, atışma otlaq ərazilərin müəyyələnləşdirilməsi və su təminatı ilə bağlı yaranan mübahisə səbəbindən baş verib.

Qeyd edək ki, 2011-ci ildə Sudandan ayrılaraq müstəqillik əldə edən Cənubi Sudanda 2013-cü ildən etibarən daxili savaşlar başlayıb. 17 avqust 2015-ci ildə atəşkəs elan edilənə qədər 50 mindən çox insan ölüb, milyonlarla insan evindən didərgin düşüb.

Ölkədə baş verən qeyri-sabitlik səbəbindən sivil vətəndaşların çoxu silah gəzdirir. Buna görə də tez-tez kütləvi toqquşmalar və cinayətlər baş verir.