23 yaşlı oğlanı küçədə öldürdülər - Salyanda qətl+Foto

23-yasli-oglani-kucede-oldurduler-
Oxunma sayı: 11636

Bu gün saat 12:30 radələrində Salyan şəhərində qətl hadisəsi törədilib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, qətlə yetirilən şəxs 23 yaşlı Davudov Ağaverdi Sakit oğludur.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib.

Hadisəni törədən şəxs qaçıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

***

APA-nın məlumatına görə, Davudov Ağaverdini qətlə yetirməkdə şübhəli sayılan Salyan rayon sakini 1996-cı il təvəllüdlü  Qurbanov Ağaqulu Qubad oğlu saxlanılıb. Qətlin motivi araşdırılır.