23 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir+Yenilənib

23-yasli-qadin-bicaqlandi
Oxunma sayı: 1560

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında şəhər sakini 26 yaşlı Emin Kərimovun yaşadığı ünvanda baş verib.

Belə ki, aralarında yaranmış mübahisə zəminində o, 23 yaşlı həyat yoldaşı Təranə Kərimovaya kəsici alətlə xəsarətlər yetirib. Yaralı qadın dərhal xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

***

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, 23.02.2026-cı il tarixində xəstəxananın Təcili tibbi yardım şöbəsinə 2003-cü il təvəllüdlü şəxs  (qadın) hospitalizasiya olunub:

“Pasiyentə döş qəfəsinin sol yarısında çoxsaylı kəsilmiş yaralar və pnevmotoraks diaqnozu təyin olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Ziya Əmirxanlı