24 yaşlı Rəcəb Tayyib Ərdoğan da prezidentliyə namizəd oldu - Video

24-yasli-receb-tayyib-erdogan-da-prezidentliye-namized-oldu
Oxunma sayı: 9839

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni ad-soyada malik 24 yaşlı şəxs prezident və parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, həmin vətəndaş Türkiyənin Nevşehir vilayətindəndir.

O bildirib ki, seçicilərinin dəstəyinə ümid edir.

“Mən illərdir, AK Partiyaya xidmət etmiş bir ailənin üzvüyəm. Həmin partiyanın fəal üzvü kimi vətənimə şövqlə xidmət etməyə görə namizədlik üçün müraciət etdim”, - deyə 24 yaşlı Ərdoğan bildirib.