253 nəfərin qatili lüks oteldə ölü tapıldı

253-neferin-qatili-luks-otelde-olu-tapildi
Oxunma sayı: 3517

Aprelin 21-də 253 nəfərin ölümü, 521 nəfərin yaralanması ilə nəticələnən Şri-Lanka teraktının təşkilatçısı ölkədəki lüks otellərin birində ölü tapılıb.

“Qafqazinfo”nun “Metro” nəşrinə istinadən verdiyi xəbərə görə, “İŞİD”in qollarından biri olan “Camaat ət-Tauhid əl-Vataniya” qruplaşmasına rəhbərlik edən Zəhran Haşim “Şanqri-La” mehmanxanasında naməlum şəraitdə ölüb.

Xatırladaq ki, o, paytaxt Kolombada törədilən 8 güclü partlayışdan sonra terror aktına məsuliyyəti öz üzərinə götürmüşdü.