Sumqayıtda 31 yaşlı qadın itkin düşüb.
Bu barədə “Qafqazinfo”ya həmin şəxsin yaxınları məlumat verib.
Bildirilib ki, 1994-cü il təvəllüdlü Aysel Quliyeva noyabrın 12-si evdən çıxıb və hələ də geri qayıtmayıb.
Qeyd edilib ki, onun əynində qara, qolsuz gödəkcə və qara hicab olub. Son dəfə noyabrın 17-si günorta saatlarında Binəqədi ərazisində görülüb.
Şəxsi görənlər (077) 321 83 53 və (051) 252 62 79 mobil nömrələrinə zəng edə bilərlər.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, itkin düşmüş şəxs kimi axtarılan qadın yaşadığı ünvana geri qayıdıb. Onun polis tərəfindən axtarışı dayandırılıb.
Son xəbərlər
Son Xəbərlər