Sabah Sabirabadın 17, Saatlının 9 kəndində qaz təchizatı dayandırılacaq.
“Qafqazinfo” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Sabirabadda qaz təchizatının dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır.
Bu məqsədlə sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Salyan Regional Qaz İstismarı İdarəsindən isə bildirilib ki, Saatlıda diametri 315 mm-lik PE "Axundov-Sarıcallar" orta təzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 09:00-dan etibarən Saatlı rayonunun Sarıcallar, Əbilkənd, Cəfərxan, Qaranuru, Qazanbatan, Şirinbəy, Əliabad, Məmmədabad, Genişkənd kəndlərində (ümumi 4131 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər