26 yaşlı hərbçi nişanlısıgildə öldü

26-yasli-herbci-nisanlisigilde-oldu
Oxunma sayı: 7854

Azərbaycanda 26 yaşlı hərbçi vəfat edib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda qeydə alınıb.

Hərbi qulluqçu, Zaqatala sakini Məhəmməd İbrahim oğlu Cindarov ürəktutmadan dünyasını dəyişib.

Bildirilib ki, M.Cindarov Zaqatalaya məzuniyyətə gəlibmiş. Belə ki, M.Cindarov nişanlı olub. Bu gün o, nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub.

"Qafqazinfo"nun məlumatına görə, M.Cindarov Dövlət Sərhəd Xidmətinin hərbçisidir.