3 ildə 8 minə yaxın müəllim işdən azad olunub

3-ilde-8-mine-yaxin-muellim-isden-azad-olunub
Oxunma sayı: 1399

“2022–2025-ci illər üzrə təşkil olunmuş sertifikasiya imtahanlarında 80 mindən çox müəllim iştirak edib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

O bildirib ki, uğur qazanmış təxminən 50 min müəllimin əməkhaqqına 10% əlavə edilib.  

“Yüksək nəticə göstərmiş 24 mindən çox müəllimin əməkhaqqına 35% əlavə edilib. Hər iki cəhddən uğur qazana bilməyən 8 minə yaxın müəllimin əmək müqaviləsinə xitam verilib. Faizlə baxsaq, təqribən 9% müəllim işdən azad olunub, 30% müəllim isə 51 baldan yüksək nəticə toplayıb. Bu proses nəticəsində demək olar ki, 10 müəllimdən 9-nun maaşı artıb”.