“Azəriqaz” bayram günlərində xidmətini davam etdirəcək

azeriqaz-bayram-gunlerinde-xidmetini-davam-etdirecek
Oxunma sayı: 195

"Azəriqaz" İB-nin Müştəri xidmətləri şöbəsinin əməkdaşları bayram günlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. 

Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

Bayram günlərində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. 30 martdan isə mərkəzlərdə vətəndaşlara xidmət göstəriləcək.

Abonentlər qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat verə bilərlər.