38 yaşlı dayə işlədiyi evdə qəfil öldü

38-yasli-daye-islediyi-evde-qefil-oldu
Oxunma sayı: 1096

Abşeron rayonu Masazır qəsəbəsində 38 yaşlı qadın işlədiyi evdə ölüb.

“Qafqazinfo” xəbər verir ki, martın 16-sı saat 19 radələrində Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Qəribxan qızı Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.