Bakı Mühəndislik Universitetində (BMU) Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə universitetin əməkdaşları, yerli və xarici tələbələri iştirak ediblər.
Təbrik nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Novruzun xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan ən qədim və sevilən bayramlardan biri olduğunu deyib. Vurğulayıb ki, barış və saf niyyətlər bayramı olan Novruz bolluq, bərəkət, yenilənmə, ümid rəmzi kimi əsrlərdir insanların həyatında mühüm yer tutur, cəmiyyətimizdə həmrəyliyin, mehribanlığın və birlik ruhunun möhkəmlənməsinə xidmət edir.
Yaqub Piriyev ərazi bütövlüyü və suverenliyi təmin olunmuş Azərbaycanın hər yerində Novruz bayramının yüksək ovqat, böyük qürur hissi ilə qeyd edildiyini bildirib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük zəfərdən sonra azad olunan torpaqlarımıza Novruz ənənələrinin yenidən qayıtdığını fikirlərinə əlavə edən rektor çıxışında dünyanın indiki mürəkkəb geosiyasi şəraitində dövlətimizin artan iqtisadi gücünə, davam etdirilən islahatlara toxunaraq həyata keçirilən düşünülmüş siyasətin uğurlu nəticələrini vurğulayıb. Çıxışının sonunda Y.Piriyev kollektivə və tələbələrə Novruz, həmçinin Ramazan bayramları münasibətilə ən xoş arzularını çatdırıb.
Sonra rektor Novruzun rəmzi olan bayram tonqalını alovlandırıb. Universitetin kollektivi və tələbələr bayram tonqalı ətrafında yallı gediblar.
Tədbirdə BMU-nun Bədii yaradıcılıq bölməsinin hazırladığı əyləncəli musiqili hissə, həmçinin tələbələr tərəfindən milli adət-ənənələrimizi əks etdirən müxtəlif proqramlar nümayiş olunub.








Son xəbərlər
Son Xəbərlər